Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

İraq qüvvələri Ramadiyə tərəf irəliləyir


Ramadidən didərgin düşənlər

Ramadidən didərgin düşənlər

-

İraqın hökumət qüvvələri şiə yaraqlıları və sünni döyüşçülərin köməyi ilə İraqın Ramadi şəhərinə doğru irəliləməkdədir. Bir həftə öncə İslam Dövləti (İD) silahlı qruplaşması bu şəhəri ələ keçirib.

Yerli sünni tayfa lideri Amir al-Fahdawi deyib ki, birləşmiş qüvvələr hazırda Ramadidən 10 km şərqdə yerləşən Husaiba al-Sharqiya şəhərinə nəzarət edir. İD silahlılarının geri oturdulması üçün planlar hazırlanır.

Ramadinin mayın 17-də tutulması İraq ordusu üçün böyük geriləmə sayılıb. Belə ki, ordu bu yaxınlarda İraqın qərbindəki Ənbər vilayətində İD-ə qarşı hücuma başlamışdı.

Mayın 24-də İD İran-Suriya sərhəddində əsas keçid məntəqəsinə tam nəzarəti ələ keçirib. Hazırda İD Suriya və Ənbər arasında iki əsas yola nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG