Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

Polşa prezidenti Bronislaw Komorowski seçkilərin exit-poll nəticələri elan olunduqdan sonra mühafizəkar Qanun və Ədalət Partiyasının namizədi Andrzej Duda-ya uduzduğunu qəbul edib.

Seçkinin ikinci dövrəsi üçün exit-poll nəticəsi 53-47 faiz olub.

Maraqlıdır ki, seçkinin birinci dövrəsində Komorowski irəlidə olsa da, lazımi 50 faiz səsi toplaya bilmədiyinə görə ikinci dövrəyə gedilməli olmuşdu.

Rəsmi nəticələr bazar ertəsi elan edilməlidir.

Bu seçkçidə az tanınan Duda-nın məşhur Komorowski-yə qalib gəlməsi bir çox təhlilçiləri təəccübləndirib.

Komorowski-nin partiyası Avropanın maliyyə böhranına baxmayaraq ötən səkkiz ildə Polşa iqtisadiyyatının artımına nail ola bilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG