ABŞ-ın müdafiə naziri Ashton Carter deyib ki, İraq ordusunun Ramadidən geri çəkilməsi tərzi onun İslam Dövləti təşkilatına qarşı döyüşmək istəyində olmadığını göstərib.
Cənab Carter CNN kanalına deyib ki, İraq ordusu Ramadi uğrunda döyüşdə İD-dən sayca qat-qat üstün olub.
İraqın müdafiə və təhlükəszilik rəhbərləri ABŞ müdafiə nazirinin bəyanatını “qeyri-realist və əsassız” adlandırblar.
Hazırda İraq ordusu İD-in qarşısını almaq üçün şiə silahlı dəstələrini irəli buraxıb.
Şənbə günü həmin dəstələr ağır döyüşlərdən sonra Ramadinin şərq hissəi olan Hüseybə ərazisdini geri ala bilib.
ABŞ müdafiə naziri müsahibəsində bildirib ki, “biz onlara təlim verə bilərik, silah verə bilərik, amma döyüş istəyi verə bilmərik”.
Cənab Carter bunu da əlavə edib ki, İraq hökumətinə ABŞ-ın dəstəyi davam edəcək və o ümid edir ki, “həmin bu döyüş iradəsi” də yaransın.
İraqın baş naziri Haider al-Abadi BBC-yə bildirib ki, ABŞ müdafiə nazirinin müsahibəsindən “təəccüblənib”.
Cənab Abadi israr edib ki, Ramadi bir neçə günə geri alınacaq.