Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Mayın 24-də əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılır.

İmtahanda 15224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12785 nəfəri I qrup üzrə, 2439 nəfəri IV qrup üzrə imtahan verir.

Ən yaşlı abituriyent 57 yaşında, ən gənci 17 yaşındadır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

XS
SM
MD
LG