Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

-

“Eurovision 2015” mahnı müsabiqəsinin qalibi 365 xalla İsveç təmsilçisi Mons Selmerlev olub.

Yarışmanın finalı mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle" arenasında keçirilib.

49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12-ci yeri tutub.

Final mərhələsində 27 ölkə təmsilçisi öz bacarığını nümayiş etdirib.

Azərbaycan təmsilçisinə yüksək bal verən ölkələr Çexiya (12), Gürcüstan (10), Monteneqro və Malta (8) olub.

Litva – 2, Rumıniya, Moldova və Rusiya Azərbaycan təmsilçisinə 3 xal verib.

İsveçdən başqa ilk üçlüyə Rusiya və İtaliya da yüksəlib.

İsveç isə artıq altıncı dəfədir ki, bu müsabiqənin qalibi olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG