-
Rusiyanın baş naziri Dmitry Medvedev deyib ki, Ukrayna xarici borclarına moratorium qoysa, onlar beynəlxalq məhkəməyə müraciət edəcəklər.
«Rossiya-1» telekanalına müsahibəsində Medvedev deyib ki, Ukrayna əvvəlki hakimiyyətin götürdüyü borcu ödəməkdən imtina etsə, bu, ölkənin defoltu demək olacaq.
Ukrayna Ali Radası mayın 19-da qanunla hökumətə hüquq verib ki, bəzi xarici borclara moratorium qoysun.
Vladimir Putin hökumətin iclaslında bildirib ki, Rusiya bankları Ukraynada olan müştərilərə 25 milyard dollara yaxın kredit verib.