Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:47

Moskva Vaşinqtonu rusiyalıları oğurlamaqda ittiham edir


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

-

Rusiya vətəndaşlarına xaricə səfərlə bağlı xəbərdarlıq edib. Bildirib ki, ABŞ hakimiyyəti bu ölkənin qanunlarını pozmaq ittihamı ilə rusların ovuna çıxıb.

Mayın 22-də yaydığı bəyanatda Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu rusiyalıları oğurlamaqda ittiham edib. Nazirlik bu il Hollandiyadan ABŞ-a verilən Vladimir Drinkman-ı misal çəkib.

Rusiya bununla ABŞ-ı beynəlxalq qanunları pozmaqda ittiham edir.

Drinkman kiber-cinayətkarlıqda günahkar bilinir, özü isə bunu rədd edir.

Rusiya bildirir ki, rusiyalılar xaricə səfərə gedərkən ehtiyatlı olsunlar.

XS
SM
MD
LG