Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

«Dnipro» futbol klubu müharibə yaşayan Ukraynanın üzünü ağ edir


«Dnipro» Avropa Liqasında «Olympiakos» üzərində qələbəni bayram edir -- 19 fevral 2015
«Dnipro» Avropa Liqasında «Olympiakos» üzərində qələbəni bayram edir -- 19 fevral 2015

-

Ukraynanın «Dnipro Dnipropetrovsk» futbol klubu müharibə acısı yaşayan ukraynalılar üçün əsl sevinc mənbəyidir. Klub yaşıl meydanda çətin mübarizəyə sinə gərərək, Avropa Liqasının finalına çıxıb. Mayın 27-də Varşavada keçiriləcək final oyununda onun rəqibi İspaniyanın «Sevilla» komandası olacaq.

Dnepropetrovsk münaqişə zonasından 200 km aralıda olsa da, təhlükəsizliyə görə ev oyunlarını 5 saat uzaqlıqdakı Kiyevdə oynamalı olur. Avropa Liqasının qrup mərhələsində iki ev oyununu uduzmasına baxmayaraq, sonda, çətinliklə də olsa, qrupdan çıxmağı bacardı. Bunun ardınca isə daha 4 rəqibini məğlub edərək, finala vəsiqə qazanan ikinci Ukrayna komandası kimi tarixə düşdü.

BU QƏLƏBƏ UKRAYNAYA HƏR ŞEYDƏN ÇOX LAZIM İDİ

Sonuncu dəfə mayın 14-də Kiyevdə İtaliyanın «Napoli» klubu üzərində qələbədən sonra «Dnipro»nun baş məşqçisi Myron Markevich deyib: «Bu gün bu qələbə Ukraynaya hər şeydən çox lazım idi. Biz bu gün müharibə vəziyyətində yaşayan və hər gün bir neçəsini itirdiyimiz adi insanlarımız üçün oynadıq».

«Dnipro»nun azarkeşləri – 14 may 2015
«Dnipro»nun azarkeşləri – 14 may 2015

Müharibənin ağrı-acısını yaşayan ukraynalıların çoxu üçün «Dnipro»nun uğuru təkcə müvəqqəti təsəlli deyil, həm də bütövlükdə xalqın hayqırtısıdır. «Bu gün biz məğlubedilməzik. Yaşasın Ukrayna!» – martda «Dnipro» 1/4 finalda İngiltərənin «Everton» klubunu məğlub edəndən sonra prezident Petro Poroshenko «Twitter»də öz sevincini bu sözlərlə bölüşmüşdü.

6 KOMANDA ÖZ EV OYUNLARINI BAŞQA ŞƏHƏRDƏ OYNAMALI OLUR

Müharibə Ukrayna klublarının çoxuna təsir edib. Premyer Liqanın 6 klubu öz ev oyunlarını başqa şəhərdə oynamalı olur. Premyer Liqada çıxış edən klubların da sayı azalıb. Rusiyanın Krımı ilhaq etməsindən sonra birinci liqanın əsas komandalarından ikisi Rusiya çempionatına keçib.

50 min yerlik stadion 400 milyon dollara tikilmişdi.
50 min yerlik stadion 400 milyon dollara tikilmişdi.

Ölkənin aparıcı futbol klublarından olan «Shakhtar Donetsk» Kiyevdə bir oteldə qalır. Ev oyunlarını isə Lvov şəhərində oynayır. 2013-2014 mövsümündə hər oyununu 35 min azarkeşin izlədiyi bu klubun oyunlarına indi cəmi bir neçə min azarkeş gəlir. Komandanın Donetskdəki 50 min yerlik stadionu isə bomboş qalıb. 400 milyon dollara tikilmiş həmin stadion 2012-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi etmişdi. Müharibədə stadion zərər görüb. Bu ilin martında stadiondan bayırda yenə insanların uzun növbəsi vardı. Ancaq bu dəfə onlar bilet üçün yox, humanitar yardım üçün dayanmışdılar.

Futbol Kiyevlə Moskva arasında yaşanan siyasi gərginliyə də öz töhfəsini verib. Rusiyanın Krım klublarını öz liqasına qatmasından sonra Poroshenko FIFA-nı Rusiyanı 2018-ci il Dünya çempionatına ev sahibliyi hüququndan məhrum etməyə çağırıb.

FIFA bu müraciətə baxmayacağını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG