Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:11

«Xırdalan dairəsi» bağlanır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakının «Xırdalan dairəsi» kimi tanınan ərazisi təmirə görə mayın 23-ü gecə bağlanacaq.

Bu barədə «Azəryolservis» məlumat yayıb.

Qurum bildirir ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində yenidənqurma işləri həyata keçirilir: ««Xırdalan dairə»sindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbədən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq. Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq».

Ötən həftə «Xırdalan dairəsi»ndə həftəiçi aparılan təmir işləri metronun «20 Yanvar» stansiyasından Sumqayıt istiqamətinə böyük tıxac yaratmışdı.

XS
SM
MD
LG