Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Barak Obama-nın Twitter hesabı rekord qırır


Obama-nın yeni Twitter hesabı.
Obama-nın yeni Twitter hesabı.

-

ABŞ prezidenti Barak Obama-nın uzun müddətdir @BarackObama adı ilə Twitter-də hesabı vardı.

Ancaq bu hesab daha çox rəsmi xarakter daşıyır, siyasi məzmunu tvitlər yazılır.

Mayın 18-də isə Obama şəxsi hesabı @POTUS –la Twitter-ə qoşulub.

ABŞ prezidenti qısa müddətdə Twitter-də rekorda imza atıb.

Xalqla daha rahat ünsiyyət qurmaq istəyən Obama-nın şəxsi hesabını ilk 5 saatda 1 milyon nəfər izləməyə başlayıb.

Barak Obama hazırda 6 tvitlə 2 milyon 350 minədək izləyiciyə malikdir.

XS
SM
MD
LG