Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Azərbaycan Avropa Birliyinin Riqada keçirilən «Şərq Tərəfdaşlığı» sammitində yekun bəyannaməyə qoşulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

«Amma iclasda da qeyd olundu ki, Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var».

Bundan qabaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yekun bəyannaməyə dair müzakirələri yarımçıq tərk etdiyi bildirilirdi.

AzadlıqRadiosu müxbirinin məlumatına görə, Elmar Məmmədyarov sammitdəki çıxışında sənədin mətni, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə qəti narazılıq bildirib.

Avropa Şurasının prezidenti Donald Tusk mayın 22-də Riqa sammitindən sonra keçirdiyi mətbuat konfransıda deyib:

Biz həm Avropa Birliyi həm də Şərq tərəfdaçlığı proqramı kimi yeni vasitələrə ehtiyacımız olduğunu yaxşı başa düşürük.Bu, bu gün mənin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirəmin əsas mövzusu idi və faktiki olaraq söhbətimiz bəyannamə barədə deyildi.Bildiyiniz kimi bizim Azərbaycan və Belarus da daxil olmaqla bizim ümumi bəyannaməmiz var.Müzakirə fərqləndirməni əks etdirən yeni vasitə və yanaşma barədə idi. Şübhəm yoxdur ki, Azərbaycan əməkdaşlığı davam etdirəcək və hətta Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək əzmindədir.Bu ola bilsin ki, prezident İİlham Əliyevin ən aydın mesajı idi”-deyə o vurğulayıb.

“Şərq tərəfdaşlığı” proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus daxildir.

Ukrayna, Moldova və Gürcüstan artıq Avropa Birliyinə asosasiya sazişi imzalayıblar.

Belarusla Ermənistan isə Rusiyanın rəhbərlik etdiyi Avrasiya Birliyinə qoşulub.

Azərbaycan isə hesab edir ki, tərəfdaşlıq hər bir ölkənin öz xarakterinə uyğun olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG