Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

-

Mayın 31-də Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı «Sehrli alma» baletinin premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətinin yaydığı xəbərə görə, bu balet Azərbaycan xalq nağılı «Məlikməmməd»in motivləri əsasında tamaşaya qoyulub.

İlk tamaşa 1 iyun -Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunacaq.

Mayın 31-i həm də bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.

Yeni tamaşanın dirijoru Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssamı Yusif Babayevdir.

Tamaşada əsas rollarda balet qrupunun gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG