Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

Riqa sammiti nə gətirəcək?


Riqa sammitinin iştirakçıları - 22 may 2015
Riqa sammitinin iştirakçıları - 22 may 2015

-

Almaniya kansleri Angela Merkel mayın 21-də Riqa sammitində deyib ki, «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin genişləndirilməsi kimi qəbul olunmamalıdır. Bu, Avropaya yaxınlaşmaq üçün bir vasitədir.

Litvanın prezidenti Dalia Grybauskaite isə deyib:

«Biz yekun bəyannamədə arzuları nəzərə alacağıq. Avropa Birliyinə yaxınlaşmaq istəyən Şərqdəki tərəfdaşlarımızın arzularını dəstəkləyirik və islahatlar aparan, avropalı olmaq istəyən ölkələrin yanındayıq».

AzadlıqRadiosunun jurnalisti Rikard Jozwiak yazır ki, Ukrayna, Gürcüstan və xüsusilə də Moldova Avropa Birliyi ilə daha yaxınlaşmaq istəyir və bu ölkələrin yekun məqsədi Avropa Birliyinə üzv olmaqdır. Ermənistan və Belarus isə Rusiyanın rəshbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşularaq Avropa Birliyi ilə münasibətini məhdudlaşdırıb.

Jurnalist yazır ki, insan haqları və söz azadlığını pozan Azərbaycan hökumətinin Avropa Birliyi ilə əməkdaşlığı sönük görünür.

Azərbaycan prezidenti İlham Əliyev bu sammitə qatılmadı, onun əvəzinə rəsmilər bildirdilər ki, Avropa Oyunlarına hazırlıqla əlaqədar prezidentin qrafiki sıxlaşıb, vaxtı yoxdur.

«RUSİYA DAHA CAZİBƏDAR OLSAYDI…»

Ukrayna və Gürcüstan 2016-cı ilə qədər Avropa Birliyi ölkələrinin Şengen zonasına vizasız girməyə icazə alacaqlarına ümid edirdilər, amma Riqa sammitinin deklarasiyası yəqin ki, bu baxımdan bir az qeyri-müəyyən olacaq. Bu arzunun 2016-cı ilədək reallaşması mümkünsüz görünür.

Hələlik ancaq Moldova vətəndaşları Avropa Birliyinə vizasız daxil ola bilir.

Sammitin sabit ahəngini mayın 21-də Ermənistan və Belarusun etirazı pozmuşdu. Avrasiya İqtisadi Birliyinin üzvü olan bu ölkələr sammitin bəyannaməsində Rusiyanın Krımı 2014-cü ildə ilhaq etməsini «qanunsuz» adlandırmağın əleyhinə çıxdılar.

Avropa Birliyi Şurasının prezidenti Donald Tusk sammitdə Avropa Birliyinin Rusiya ilə münasibətdə qarşılaşdığı problemləri dilə gətirib, Rusiyanın Ukraynanın şərqində separatçılara dəstək verməsini və Krımı ilhaq etməsini xüsusi qeyd edib.

««Şərq Tərəfdaşlığı» Rusiya ilə Avropa Birliyi arasında gözəllik yarışması deyil, amma səmimi deyim ki, gözəllik də nəzərə alınır».

O qeyd edib ki, Rusiya bir qədər yumşaq, daha cazibədar olsa, onun qonşularına qarşı hədə-qorxu taktikasına əl atmasına ehtiyac olmazdı.

Belə görünür ki, növbəti sammit 2017-ci ildə Brüsseldə keçiriləcək, amma Böyük Britaniya və ya Maltanın da növbəti sammitə ev sahibliyi etməsinin mümkünlüyü nəzərdən keçirilir.

Belə ki, hər iki ölkəAvropa Birliyinə altı aylıq rotasiya ilə sədrlik edəcəklər.

Moldova da növbəti sammitin paytaxt Kişinyovda keçirilməsini təklif edib.

XS
SM
MD
LG