Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:09

Nazirlik Almaniyadakı Azərbaycan səfirliyi barədə korrupsiya ittihamlarını araşdıracaq


Almaniyanın «Şpigel» jurnalında Azərbaycanın Almaniyadakı səfirliyində rüşvət halları barədə noyabrın 6-da dərc edilən məlumatlarla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi araşdırmalara başlayacaq. Bu barədə «Azadlıq» radiosuna Nazirliyinin nümayəndəsi Tahir Tağızadə deyib. O, yalnız Nazirliyin araşdırmaları başa çatandan sonra jurnalın yazdıqlarının doğru, ya da yalan olması barədə konkret fikir söyləməyin mümkün olacağını deyir.


«Turan» İnformasiya Agentliyinin məlumatına görə, «Şpigel» jurnalında qeyd olunur ki, Azərbaycan vətəndaşları 1500 avro verməklə öz ölkələrinin səfirliyindən istədikləri sənədi alırlar. Bu sənədlər əsasən onların Azərbaycan vətəndaşı olmadıqlarını təsdiq edir. Xaricilərlə İş üzrə İdarəyə indiyə qədər 114 belə faktın məlum olduğunu yazan jurnala görə, artıq xüsusi xidmət orqanları bu sahədə müəyyən araşdırmalara başlayıblar. Çünki həmin sənədlər vətəndaşı Almaniyadan çıxarmağa mane olur. Almaniya hökuməti isə öz vətəndaşlarının Almaniyadan çıxarılmasına maneçilik törədən ölkələrə münasibətdə sərt reaksiya göstərir. Almaniyadakı Yəmən konsulluğunun iki əməkdaşı da bu səbəbə görə, ölkədən deportasiya edilib.


XS
SM
MD
LG