Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

-

Həbsdəki hüquqşünas İntiqam Əliyevin səhhətində irəliləyiş yoxdur. O, kəskin bel ağrısından əziyyət çəkir.

Bu haqda qızı Nərmin Kamilsoy AzadlıqRadiosuna deyib. O, «facebook» səhifəsində də bu haqda məlumat paylaşıb.

Onun dediyinə görə, atası hələ də müalicə müəssisəsinə köçürülməyib, kamera şəraitində müalicə alır.

Nərmin Kamilsoy deyir ki, atası onlarla mayın 22-də telefonla əlaqə yaradıb. Belindki ağrılar qaldığına və uzun müddət ayaq üstdə dayana bilmədiyinə görə, ailə üzvlərinin görüşə gəlməsini istəməyib.

«Artıq iki həftədən çoxdur ki, görüşə bilmirik» - deyir qızı.

İntiqam Əliyevin vəkilləri də uzun zamandır onunla görüşə bilməsələr də, bir gün öncə - mayın 21-də ona baş çəkə biliblər: «Atam ayaq üstdə dayana bilmədiyinə görə onlarla da görüş qısa çəkib».

Nərmin Kamilsoy atasının həbsxanada ona 20 gündən artıqdır Azadlıq» qəzeti verilmədiyini, gələn məktubların əlindən alındığını da söyləyib.

Mayın 21-də Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Bu haqda Ombudsman Aparatının saytında məlumat yerləşdirilib.

«Bu zaman Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüblər. Fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər» - məlumatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG