Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Donald Tusk: "Rusiya daha cazibədar olsaydı qonşularını hədələməzdi"


Donald Tusk

Donald Tusk

Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammiti mayın 22-də sona yetir.

Avropa Şurasının prezidenti Donald Tusk sammitdə Şərq tərəfdaşlığının Rusiyaya qarşı yönəlmədiyini deyib.

O qeyd edib ki, Rusiya bir qədər yumşaq,daha cazibədar və cəlbedici olsa, onun qonşularına qarşı hədə-qorxu taktikasına əl atmasına ehtiyac olmazdı. Almaniyanın kansleri Angela Merkel isə bildirib ki, Ukraynanın şərqindəki böhran, Avropanın şərq qonşuları ilə tərəfdaşlığını daha vacib edib.

“Şərq tərəfdaşlığı” proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus daxildir.

Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə daha dərindən inteqrasiya etmək istəyirlər və bu ölkələrlə artıq asosasiya sazişi imzalanıb.

Qeyd edək ki, Belarusla Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya Birliyinə qoşulub və bu onların Avropa Birliyi ilə münasibətlərini məhdudlaşdırır.

Azərbaycan isə hesab edir ki, tərəfdaşlıq hər bir tərəfdaş ölkənin öz xarakterinə uyğun olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG