Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Yanan binanın sakinlərinə bu gün 20 min manat veriləcək


Yanğında xəsarət alanlar danışdı
Gözlə

No media source currently available

0:00 0:33:41 0:00

Yanğında xəsarət alanlar danışdı

-

«Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan vəsait mayın 22-də yanğın baş verən Azadlıq prospekti, 200/36 ünvanında qeydiyyatda olan 56 ailə üçün açılacaq bank hesablarına köçürüləcək».

Bunu apa-ya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib.

O deyib ki, mayın 22-də Bakı şəhər İcra Hakimiyyətində binanın sakinlərini qəbul edəcək: «Pul vəsaitləri bankda ailə üzvlərinin birinin adına köçürüləcək. Bunun üçün ailənin yaşı 18-dən yuxarı olan digər üzvləri müvafiq arayış verməlidirlər. Yanan binanın yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində «ASAN xidmət» səyyar xidmət göstərir, müraciət edən sakinlər üçün belə müvafiq arayışlar hazırlanaraq verilir. Yəni sakinlərin bu arayış üçün heç yerə getməyə ehtiyacları yoxdur, elə orada «Asan xidmət»ə yaxınlaşsalar, kifayətdir. Elə bu gün də dərhal pul vəsaitləri bank hesabına götürüləcək, müvafiq arayışla ailədən ata, yaxud başqa bir nəfər bu gün arayışla bankdan həmin vəsaitləri ala biləcəklər. Bank xərclərini də Bakı şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb».

KİRAYƏDƏ QALANLARIN EV SAHİBİYLƏ MÜQAVİLƏSİ OLMALIDIR Kİ...

H.Abutalıbov binada kirayə yaşamı şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib: «Hazırda yanmış binada olan sakinlər, həm də kirayədə yaşamış insanlar hüquq-mühafizə orqanlarında onlara dəymiş ziyanla bağlı ifadə verirlər. Hüquq-mühafizə orqanlarının bununla bağlı verdikləri arayışları məhkəmə də təsdiqləməlidir. Buna müvafiq olaraq dəymiş ziyan ödəniləcək. Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək. Bunun üçün kirayədə yaşamış insanlarla mənzilin sahibi arasında kirayə ilə bağlı müqavilə bağlanmalı, bu müqavilə notariusda təsdiqlənməli, yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək».

Kirayədə yaşayanların mülkiyyətinə dəyən ziyana gəlincə, Hacıbala Abutalıbov deyib ki, ev sahibiylə kirayədə yaşayan arasında müqavilə imzalanmalı və notariusda təsdiqlənməlidir. Yalnız bu halda sərəncamda nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayana veriləcək.

H. Abutalıbov onu da deyib ki, sərəncamda qeyd olunan kompensasiyalar ilkin yardımlardır. O, Nazirlər Kabineti mayın 21-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən, yanğında həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat birdəfəlik maddi yardım göstəriləcək.

XS
SM
MD
LG