Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

-

Mayın 21-də Avropa Birliyi altı şərq tərəfdaşını əmin edib ki, 28 ölkənin üzv olduğu blok onlarla daha sıx münasibət yaratmaq əzmindədir. AB prezidenti Donald Tusk iki günlük Riqa sammitində çıxış edib: “Tam əminəm ki, Şərq Tərəfdaşlığı bizim birgə prioritetimizdir”.

Tusk deyib ki, sammit Moskvaya qarşı yönəlməyib. “Şərq Tərəfdaşlığı Rusiya və AB arasında gözəllik müsabiqəsi deyil. Ancaq səmimi deyim ki, gözəlliyin də rolu var. Rusiya bir az daha yumşaq, daha gözəl və cazibədar olsaydı, çatışmazlıqlarını qonşularına qarşı destruktiv aqressiv və qorxutma taktikasıyla kompensasiya etməzdi”.

Almaniyanın kansleri Angela Merkel deyib ki, Rusiyadan fərqi olaraq, “müxtəlif Şərq Tərəfdaşlığı ölkələrinin öz yoluyla gedə bilməsini, bu fərqli yolları qəbul edirik”.

Şərq Tərəfdaşlığı proqramına Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarus daxildir.

XS
SM
MD
LG