Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

2030-cu ildən sonra dünya necə olacaq? (Proqnozlar)


Raymond Kurzweil
Raymond Kurzweil

-

Tanınmış Amerika futuristi Raymond Kurzweil-in gələcəklə bağlı proqnozlarından. 67 yaşlı Kurzweil hazırda "Google" şirkətində baş mühəndis kimi çalışır.

2030-cu illər

Beyin yüklənməsi axır ki reallığa çevriləcək. İnsan öz beynini, o cümlədən bütün yaddaşını kompüterə yükləyə biləcək. Beləcə, virtual olaraq ölümsüzləşəcək. Beynini kömpüter, yaxud başqa qurğuya yükləyə bilmək insanlara virtual aləmdə yaşamaq, istədikləri an öz bədənlərinə qayıtmaq imkanı verəcək.

Nanoqurğuları birbaşa beynə qoşmaq mümkün olacaq. Onlar beyin hüceyrələri ilə qarşılıqlı əlaqəyə girə, daxil olan və çıxan siqnallara tam nəzarət edə biləcək. Bunun nəticəsi olaraq insan öz sinir sisteminə istənilən anda müdaxilə edə, gerçək dünyanı “disable” də, yəni “müvəqqəti olaraq bağlaya”, virtual reallıqda yaşamağa başlaya biləcək.

Həmin dövrə qədər Yer üzündə insan gözünün gördüyü nə varsa, hamısı görüntü olaraq ən müxtəlif rakurslardan rəqəmsallaşdırılacaq və virtual dünyaya keçən insanın “gördüyü reallıq” gerçəklikdən heç nə ilə fərqlənməyəcək.

Nanomaşınlar, kompüterlər insan beyninə elə inteqrasiya olunacaq ki, insan “telepatik olaraq”, yəni beynində başqa insanlarla ünsiyyətə girə biləcək.

2040-cı illər

İnsanlar vaxtlarının çox hissəsini virtual reallıqda keçirəcəklər.

Qeyri-bioloji ağıl biloji ağıldan milyardlarla dəfə üstün olacaq.

Texnoloji inkişafın aparıcı qüvvəsi insan beyni yox, kompüterlər olacaq. Yeni kəşfləri onlar edəcək, özləri özlərini təkmilləşdirəcəklər.

XS
SM
MD
LG