Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Azəbaycan Fransaya “ikili standartlara” görə nota verdi


Xələf Xələfov
Xələf Xələfov

Fransanın Bakıdakı səfiri Pascal Meunier Parisdə tanınmamış Dağlıq Qarabağın erməni liderləri ilə danışıqlar apardığına görə Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib.

Fransanın Bakıdakı səfiri Pascal Meunier Parisdə tanınmamış Dağlıq Qarabağın erməni liderləri ilə danışıqlar apardığına görə Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin çərşənbə günü açıqladığı bəyanatda deyilir ki, rəsmi BakıFransanın Azərbaycandakı səfirinin Dağlıq Qarabağ ermənilərinin lideri Bako Sahakyanla Parisdə danışıqlar aparması ilə əlaqədar təəssüf hissi keçirir.

Xəbər verilir ki, bununla əlaqədar xarici işlər nazirinin müavini Xələf Xələfov səfirə Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

“Bu cür vəziyyətlər Azərbaycan və Fransa arasında münasibətlərin ruhuna ziddir və Dağlıq Qarabağ münaqişəsinin həllinə ziyan vurur” – deyilir notada.

Nazir müavini həmçinin Fransa tərəfinin bu hərəkətinin “ikili standartlar” kimi qiymətləbndirildiyini bəyan edib.

XS
SM
MD
LG