Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Suriyanın Palmira şəhərindəki tarixi abidələr dağıdılmaq təhlükəsi ilə üzləşib


Irina Bokova

Irina Bokova

“İslam Dövləti qrupunun Suriyanın Palmira şəhərini tam nəzarətə götürməsi şəhərdəki qiymətsiz tarixi abidələri dağılmaq təhlükəsi altında qoyub”.

Bunu YUNESKO-nun rəhbəri İrina Bokova bəyan edib.

Böyük Britaniyada qərarlaşan Suriya insan haqları mərkəzinin məlumatına görə hazırda Suriya ərazisinin tən yarısı İslam Dövləti qrupunun nəzarətindədir.

Suriyanın kütləvi informasiya vasitələri hökumət qoşunlarının şəri tərk etdiklərini yazır.

Şəhirn bir sıra sakinləri Homsa qaçıb, bir qismi işə evlərində qalıb.

Dövlət mətbuatın məlumatına görə isə şəhərin əksər sakini evakuasiya edilib.

1980-ci illərdə, keçmiş prezident Hafez Assadın hakimiyyəti dpövründə yüzlərlə məhbusun qətlə yetirildiyi məşhur həbsxanalardan biri məhz bu şəhərdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG