Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

Novruz Məmmədov: "Şərq tərəfdaşlığı" ölkələrinin maraqları nəzərə alınmalıdır"


Novruz Məmmədov

Novruz Məmmədov

"Azərbaycanın mövqeyi həmişə belə olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakterinə uyğun münasibətlər qurulsun".

APA-nın məlumatına görə, bunuAzərbaycan Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqa sammiti çərçivəsində Azərbaycandan olan jurnalsitlərə açıqlmasında deyib.

Novruz Məmmədov bildirib ki, təəssüf ki, bu indiyə kimi belə deyildi, amma bu sammitdə görünür ki, Avropa Birliyinin rəhbərləri əməkdaşlığı fərqləndirmək qərarına gəliblər.

O qeyd edib ki,"Şərq tərəfdaşlığı" dövlətləri məsələlərə öz maraqları çərçivəsindən yanaşır və gələcək əməkdaşlıqda maraqlar nəzərə alınmalıdır.

Novruz Məmmədov

Novruz Məmmədov bildirib ki, Riqa sammitində bu illər ərzində Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri barədə danışıqlar aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG