Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi Elçin Xəlilova 1 il şərti cəza verildi


Elçin Xəlilov

Elçin Xəlilov

Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi Elçin Xəlilov 1 il şərti azadlıqdan məhrum edilib.

APA-nın məlumatına görə, hökm mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.O səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Bundan əvvəl İstintaq müəyyən edib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.İbtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il dekabrın 30-da keçirilən hazırlıq iclasında bu qərarı ev dustaqlığı ilə əvəz edib və o məhkəmə zalından azadlığa buraxılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG