Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:57

Yanğında zəhərlənənlərin həyatına təhlükə yoxdur


Bakıda yanğın - 19 may 2015
Bakıda yanğın - 19 may 2015

-

Hazırda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində yanğından zərər çəkmiş 12 xəstə müalicəsini davam etdirir.

Onlardan 3-ü uşaq, 9-u böyükdür.

Bu haqda AzadlıqRadiosuna Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Azər Maqsudov deyib ki, müalicə olunanlardan dördünün vəziyyəti nisbətən ağır, qalanları isə stabildir. Ancaq heç birinin həyatı üçün təhlükə yoxdur.

Müayinələrdən sonra bu gün bir nəfərin evə buraxılma ehtimalı var.

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 15 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

XS
SM
MD
LG