Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

AZAL-ın təyyarəsi Bakıda təcili eniş etdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 21-i saat 11:00-da Bakı-Moskva marşrutu üzrə AHY-852 reysini yerinə yetirən «Boinq-757» təyyarəsində hidrosistemlərin birində təzyiq düşüb.

Buna görə təyyarə aeroporta qayıdıb.

Bu haqda «Azərbaycan Hava Yolları» QSC-nin məlumatında deyilir.

Məlumatda bildirilir ki, eniş uğurlu olub. Xəsarət alanlar yoxdur: «Belə nasazlıqla təyinat məntəqəsinə kimi uçuş mümkün idi. Ancaq nasazlığın uçuşdan dərhal sonra yaranmasını nəzərə alsaq, kapitan tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş həyata keçirmək qərarı qəbul edilib».

Nasazlığın səbəblərini AzAL-ın xüsusi komissiyası araşdırılacaq.

Sərnişinlər ehtiyat təyyarə ilə Moskvaya göndərilib.

XS
SM
MD
LG