Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:28

-

Mayın 21-də Azərbaycanı «Eurovision 2015» mahnı yarışmasında təmsil edən Elnur Hüseynov ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq.

Elnur Hüseynov «Hour of the Wolf» mahnısını ifa edəcək.

İkinci yarımfinalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

Mayın 19-da keçirilən ilk yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış etmişdi. Səsvermədən sonra isə Albaniya, Ermənistan, Rusiya, Ruminiya, Macarıstan, Yunanıstan, Estoniya, Gürcüstan, Serbiya və Belçika final mərhələsinə keçib.

Ölkələrin finaldakı iştirak ardıcıllığı yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Müsabiqəyə ev sahibliyi edən Avstriya finalda 14-cü çıxış edəcək.

Final mayın 23-də baş tutacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG