Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:40

Binəqədidə dörd binadan üzlüklərin sökülməsinə başlanıb


Üzlüklər sökülür - 21 may 2015
Üzlüklər sökülür - 21 may 2015

-

Binəqədi rayonu ərazisində dörd binanın üzlüyündən götürülmüş nümunələrlə bağlı rəy hazırdır.

Həmin rəyə görə, üzlüklər yanğına davamlı olmadığına görə, artıq yanmış binanın yaxınlığındakı digər 16-mərtəbəli binaların üzlüklərinin sökülməsinə başlanıb.​

Bu haqda jurnalistlərə mayın 21-də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məlumat verib.

İcra başçısı digər binalarla bağlı rəyin hazır olmadığını bildirib.

Xaləddin Ələkbərov yanmış binanın sakinlərinin yerləşdirilməsi prosesinin başlandığını, yerləşdirmənin bu gün (21 may) başa çatacağını deyib.

Bina sakinləri AzadlıqRadiosuna deyiblər ki, yerləşdikləri pansionatlarda şərait yaxşıdır. Sakinlərdən hələ kirayə ev axtarışında olduqlarını, kirayə pulunu almaq üçün növəyə dayandıqlarını deyənlər də olub.

Mayın 19-da Binəqədidə 15 nəfərin ölümü, 50-dən çox adamın yaralanması ilə nəticələnən yanğına poliuretan üzlüyün səbəb olduğu bildirilir.

XS
SM
MD
LG