Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Azərbaycan Avropa İttifaqına Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi təqdim edib


Foto illüstrasiya

Foto illüstrasiya

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Johannes Hahn-a «Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsini təqdim edib.

Xəbəri xarici İşlər Nazirliyi yayıb.

Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu bildirilib. Bu sənəd əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən Elmar Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqenin bildirilməsinin vacibliyini diqqətə çatdırıb.

«Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini-yə də təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG