Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:12

«Dadsonrası dad» sənədli filminin nümayişi olacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 22-də saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda «Azərbaycan mətbəxi: Dadsonrası dad» sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, film bu qurumun sifarişi ilə «Yaddaş» studiyasında çəkilib və İtaliyanın Milan şəhərində keçiriləcək «Planeti Qidalandırmaq, Həyat üçün Enerji» mövzusunda «Milan Ekspo 2015» Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdiriləcək.

Filmdə Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.

Nazirliyin fikrincə, film Azərbaycan mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və ölkəni xarici turistlər üçün cəlbedicigöstərmək baxımından mühüm əhəmiyyət daşıyır.

Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG