Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Ukraynada öldürülən rusiyalı əsgərlərin məzarları tapılıb


Donetskdə separatçıların məzarları

Donetskdə separatçıların məzarları

Təzə məzarlar Rusiya ordusunun Baş Kəşfiyyat Bölümünün (GRU) xüsusi briqadasının əsgərlərinə məxsusdur

-

Rusiyalı fəallar deyirlər ki, Ukraynada əməliyyat aparan kəşfiyyat bölümləri üzvlərinin qəbirlərini tapıblar. Bu, Rusiyanın Ukrayna böhranında birbaşa iştirakını göstərir. Təzə məzarlar Rusiya ordusunun Baş Kəşfiyyat Bölümünün (GRU) xüsusi briqadasının əsgərlərinə məxsusdur. Həmin briqada Moskvadan 400 km cənubda, Tambovda yerləşir.

Bir müddət öncə Ukrayna rəsmiləri GRU-nun iki üzvünü saxlayıb. Onlar Ukraynanın şərqində gedən döyüşlərdə yaralanıblar.

Fəal Vadim Korovin məzarların fotolarını internetdə yerləşdirib. O, Frans Press agentliyinə deyib ki, bu qəbirlər Rusiya ordusunun atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində iri miqyaslı kəşfiyyat əməliyyatları apardığını göstərir.

Rusiya Ukraynaya əsgər göndərmədiyini, separatçılarla yanaşı vuruşan rusiyalıların oraya müstəqil getdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG