Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Prokurorluq yanğınla bağlı icra hakimiyyətində günahkarları müəyyənləşdirir


Yanan bina

Yanan bina

-

“Biz indi icra hakimiyyətində də günahkar şəxsləri müəyyənləşdiririk, onların haqqında da tədbirlər görüləcək”.

Bunu baş prokuror Zakir Qaralov mayın 20-də yanan bina ilə bağlı Dövlət Komissiyasının iclasında deyib.

Zakir Qaralov bildirib ki, şirkətin rəhbərinin ifadəsinə görə, qatqı materialları Türkiyədən alınıb. “Guya Hollandiyanın məhsulu olan bir şirkətin materiallarıdır. Biz dünən axtarış keçirdik. Şirkətin bütün sənədlərini götürmüşük və Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun, eyni zamanda, Elmlər Akademiyasının Kimya İnstitutunun da mütəxəssislərini cəlb etmişik ki, burada hansı kimyəvi materialların mövcudluğu araşdırılsın. İlkin əməliyyat məlumatlarına görə, hansısa məhlulu qatmırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG