Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Türkiyə Bosniyaya sərmayələri artırmaq istəyir


Recep Tayip Erdogan Sarayevoda

Recep Tayip Erdogan Sarayevoda

-

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, ölkəsi Bosniya ilə iqtisadi və siyasi əlaqələri gücləndirmək istəyir. Türkiyə artıq Bosniyaya 50 milyon avro (56 milyon dollar) sərmayə qoyub və daha 25 milyon yatırmağı planlaşdırır.

Erdogan mayın 20-də Sarayevoya gəlib. Onu nazirlər və biznesmenlərdən ibarət böyük bir nümayəndə heyəti müşahidə edib. İki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir neçə saziş imzalanıb.

Bosniya prezidenti Mladen Ivanic deyib ki, Bosniyadan Türkiyəyə ərzaq və digər malların ixracının genişləndirilməsi yeni iş yerləri yaradar. Belə ki, özəlliklə Bosniya süd istehsalçıları AB ölkələrinə ixracatda problemlər yaşayır.

Erdogan Bosniya silah sənayesi, turizm və infrastruktur sahələrində əməkdaşlığın güclənəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG