Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:29

ABŞ İraqa tank əleyhinə silah verəcək


İrqın Ramadi şəhərindən didərgin düşən sakinlər

İrqın Ramadi şəhərindən didərgin düşən sakinlər

-

Birləşmiş Ştatlar İraqa iyunda 1000 ədəd tank əleyhinə silah verəcək. Məqsəd İraqın İslam Dövləti qruplaşmasının intiharçı hücumlarının qarşı durmasına kömək göstərməkdir. İD məhz bu tip hücumların köməyi ilə Ramadi şəhərini tuta bildi. Məlumatı mayın 20-də ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Ramadiyə hücum zamanı İD güclü intiharçı partlayışlarından istifadə edib. Bunu adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyir. Daha sonra 30-dək Humvee tipli maşın şəhərə daxil olub.

Bu arada respublikaçılar Ağ Evi İD-ə qarşı müharibədə rolunu tənqid edir, daha sərt mövqenin vacibliyini vurğulayır.

Ağ Ev hazırda İraq strategiyasını yenidən götür-qoy edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG