Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Khamenei İran nüvə alimləri ilə müsahibələri istisna edir


Ayətulla Ali Khamenei (ortada) Tehranda İmam Hüseyn Hərbi Məktəbində

Ayətulla Ali Khamenei (ortada) Tehranda İmam Hüseyn Hərbi Məktəbində

-

İranın ali dini lideri Ayətulla Ali Khamenei beynəlxalq nüvə müfəttişlərinin hərbi sahələrə baş çəkməsini, yaxud alimləri dindirməsini istisna edir. Dövlət mediası mayın 20-də Khamenei-yə istinadla yazıb ki, İran nüvə proqramı üzrə danışıqlarda “məntiqsiz tələbləri” qəbul etməyəcək.

“Xaricilərin hərbi sahələrimizi təftiş etməsinə icazə verməyəcəyik,” o, deyib. “Xaricilərə icazə verməyəcəyəm ki, gəlib nüvə alimlərimizlə söhbət etsinlər”.

Bu arada İranla dünyanın altı fövqəldövləti yekun nüvə sazişini razılaşdırmağa çalışır. Məqsəd İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların qaldırılmasıdır.

Sazişin iyunun 30-dək əldə olunması üçün vaxt qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG