Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

-

İslam Dövləti silahlı qruplaşması Suriyanın qədim Palmira şəhərini tutub. Bir neçə gün öncə bu qrup İraqın Ramadi şəhərini ələ keçirmişdi.

Ötən gecə yaraqlıların şəhərin arxeoloji ərazilərinin hansı məsafəsində olduğu bəlli deyildi. Fəalların sözlərinə görə, Suriya əsgərləri ərazidən qaçmaqdadır.

Palmira xərabələri dünyanın ən qədim tarixi məkanlarından sayılır. Ekstremistlərin onları da dağıdacağı sarıdan qorxu yaranıb. Öncə İD İraqda tarixi yerləri məhv edib.

Bu şəhər Suriya hökuməti üçün böyük itkidir, çünki ekstremistlərin hökumətin nəzarətində olan ərazilərə, ölkənin mərkəzində neft və qaz yataqlarına yolunu açır.

Palmiranın süqutuyla İD Suriyanın 40 faizini ələ keçirmiş oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG