Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Beynəlxalq Man Booker mükafatını macar yazıçı qazandı


László Krasznahorkai

László Krasznahorkai

-

Macar yazıçısı László Krasznahorkai Beynəlxalq Man Booker mükafatına layiq görülüb.

İngiliscə nəşr olunan "Müqavimətin melanxoliyası" və digər romanlarına görə.

Britaniyada təsis edilən, dəyəri 60,000 funt sterlinq (təxminən 60 min dollar) olan bu mükafat əsərini ingiliscə yazan, yaxud əsəri ingiliscəyə çevrilən nasirlərə verilir.

Münsiflər heyətənin rəhbəri Marina Warner 61 yaşlı Krasznahorkai-nın əsərlərini Kafkanın nəsri ilə müqayisə edib.

"Müqavimətin melanxoliyası" sürreal əsərdir.

Kiçik macar şəhərinə səyyar sirk gəlir. Onlar dünyanın ən böyük balinasının cəsədini nümayiş etdirəcəklərini elan edirlər.

Bu qəribə xəbər şəhərin ovqatını dəyişir, insanları qorxuya salır, şayiələr yayılır.

Bu apokaliptik xaosdan istfadə edib şəhərdə hakimiyyəti ələ keçirmək istəyənlər də var...

Bütün bunlar həm də, Avropada qorxuya əsaslanan faşizm, kommunizm kimi ideologiyaların kütlələri necə özünə tabe etməsinin metaforasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG