Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Azərbaycanın ilk Olimpiya çempionu: “Çox pulum olsaydı...”


Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov

Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov

Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov ikinci dəfə bu uğurunu təkrar etməməsinə heyfslənir. Deyir ki, bəlkə də indiki şərait olsaydı, ikiqat olimpiya çempionu olardı.

“İlk olimpiya çempionu kimi adımı necə tarixə yazmışamsa, məktəbim olsaydı, uşaqları daha yaxşı yetişdirə bilərəm.”

Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov ikinci dəfə bu uğurunu təkrar etməməsinə heyfslənir. Deyir ki, bəlkə də indiki şərait olsaydı, ikiqat olimpiya çempionu olardı.

– Siz Azərbaycanın ilk olimpiya çempionusunuz. Bundan sonra çox olimpiya çempionları olub. Ancaq siz də daxil olmaqla, bu uğuru ikinci dəfə təkrarlayan olmayıb. Ölkədə ikiqat olimpiya çempionu yoxdur. Sizcə, niyə?

-Bu, bəlkə də ondan irəli gəlir ki, kimsə ulduz xəstəliyinə tutulur. Ətrafdan çox şey asılıdır. 1992-ci ilin mayın 10-da mən Avropa çempionu, elə həmin il avqustun 2-də, ad günümdə olimpiya çempionu oldum. O dövrdə ətrafım çox pis idi. O da var ki, mən ilk olimpiya çempionu olanda, indiki kimi mükafatlar verilmirdi. O vaxtkı 3000 dollar hara, bugünkü mükafatlar hara? Bu gün yüz min dollarlardan söhbət gedir. Mən olimpiya çempionu olanda 3000 dollar pul vermişdilər. Dostlarım çox idi, hamının da vəziyyəti pis idi. Kiməsə kömək edirdim, əl tuturdum. İkinci olimpiya oyunlarına hazırlaşmağa fikrimi yönəldə bilmirdim. Bu günkü şərait onda yox idi. Ancaq bu dövrdə olsaydım, mən bəlkə də ikiqat, üçqat olimpiya çempionu ola bilərdim. Bugünkü idmançılardan ancaq Namiq Abdullayevi misal göstərə bilərəm. O, çox tarixi idmançıdır. Namiq kimi idmançılar çox olsa, onlar sonradan çaşmazlar. Təəssüf ki, bizdə ikiqat olimpiya çempionu yoxdur. Tövsiyə edərdim ki, çalışıb ikiqat olimpiya çempionu olsunlar.

– Azərbaycanin ilk olimpiya çempionu hazırda nə ilə məşğuldur?

- Mən uşaqlara kömək edirəm ki, Avropa Oyunlarında yaxşı nəticə göstərsinlər. Sadəcə Cüdo Federasiyası ilə bir az anlaşılmazlıq var. Oğlum Nail Hüseynov da məşq edir, o cüdo üzrə respublika çempionudur.

– Siz fəaliyyətinizin qiymətləndirilməsindən razısınızmı?

- Məni ancaq prezident İlham Əliyev qiymətləndirib. O vaxt yox, mənə qiymət verilməyib.

– Deyirsiniz ki, olimpiya çempionları ikiqat olimpiya çempionu olmağa çalışılmalıdırlar. Siz bununla bağlı nə planlaşdırırsınız? Uğurlu idmançılar yetişdirməyə necə, şəraitiniz, imkanlarınız varmı?

- Düzdür, milyonlarım yoxdur. Mənim indiki olimpiya çempionları kimi şəraitim olsaydı, mən çox idmançılar yetişdirərdim. İdmançıları birinci ruhlandırmaq lazımdır. İndi maaşlar kəsilir, federasiya ilə onların arasında anlaşılmazlıq olur, pullarını vermirdilər.

– Elə bir neçə ay əvvəl cüdoçular maaşlarının verilməməsi ilə bağlı etiraz aksiyası keçirmişdilər...

- Elnur Məmmədli özü olimpiya çempionu olub. İndi federasiyada vise-prezidentdir. Asif Əsgərov özü idmançı olub, Səbayel rayon icra hakimiyyətinin başçısıdır. Həm də federasiyada vise-prezidentdir. Onlar buna imkan verməməlidirlər. Düzdür, indi maaşları verirlər. Ancaq federasiya ilə anlaşılmazlıq var. Uşaqlara görə çox pis oluram. Öz cüdo məktəbimin olmasını arzulayıram. Mənim məktəbim olsa, əminliklə deyə bilərəm ki, gələn olimpiya oyunlarından cüdo üzrə iki qızıl medal gətirərəm.

– Öz məktəbinizi açmağa imkalarınız varmı?

- 1600 manat təqaüd alıram, çox pul dalınca qaçan adam deyiləm. Ancaq çox pulum olsaydı, məktəbi açardım. Onsuz da uşaqlarla işləyirəm. İlk olimpiya çempionu kimi adımı necə tarixə yazmışamsa, məktəbim olsaydı, uşaqları daha yaxşı yetişdirə bilərdim. Bu, mənim arzumdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG