Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:36

«Android» istifadəçiləri də «Instagram»da fotokollaj düzəldəcək


«Instagram»
«Instagram»

-

«Instagram» mart ayında iOS platforması üçün fotokollaj yaratmağa imkan verən «Layout» proqramını təqdim etdi.

Proqram artıq «Android» istəfadəçiləri üçün də əlçatandır. Olduqca sadə interfeys sahib proqramla istədiyiniz fotoları kollaj halına salıb «Instagram»da paylaşa bilərsiniz.

Proqram 9-dək fotonu bir şəkildə birləşdirə bilir. «Instagram» ümid edir ki, kollaj yaradanda fotolara müxtəlif effektlər vermək, onları redaktə etmək imkanı istifadəçilərin marağına səbəb olacaq.

Proqramda «Photo boost» özəlliyi var ki, ani vaxt ərzində bir neçə foto çəkib kollaj halına salır.

«Android» istifadəçiləri proqramı «Google Play Store»dan yükləyə bilərlər.

XS
SM
MD
LG