Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:45

-

"Mənimkimisi bir deyil, iki deyil, yüzlərlədir. Bu rayonda ünvanlı sosial yardımı bir qrup imkanlı alır. Bizimkimilərə isə get-gəl, boş vədlər eşitmək qalır".

Zərdab rayonunun Çallı kənd sakini Sahil Eminov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən şikayət edir. Onun sözlərinə görə, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində əhaliyə verilən ünvanlı sosial yardım ayrılmasında özbaşınalığa yol verilir.

"YARDIMI QOHUM-ƏQRƏBALARINA PAYLAYIRLAR"

"Mən mətbuat vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova bildirmək istəyirəm ki, Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində özbaşınalıq və qanunsuzluq baş alıb gedir. Bu il fevralın əvvəlində ünvanlı sosial yardım almaq üçün Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Mərkəzdə mənə hansı sənədlərin təqdim olunmasını bildirdilər. Mən də lazım olan sənədləri toplayaraq fevralın 19-da mərkəzə təqdim etdim. O vaxtdan indiyədək dəfələrlə Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ceyhun Qəribov adlı əməkdaşının yanında olsam da, hər dəfə sözü "narahat olma, gələn ay iki aylığını birdən alacaqsan" olub".

YA DEDİKLƏRİ İLƏ RAZILAŞMALISAN, YA DA ƏLİNİ YARDIMDAN ÜZMƏLİSƏN

Sahil Eminovun sözlərinə görə, qardaşı Zaur Qarabağ doyüşlərində həlak olub. Ancaq Mərkəz belə ailələri nəzərə almır:

"Rayonda aztəminatlı ailələrə yox, imkanlı ailələrə yardım verilir. Ünvanlı sosial yardım almaq üçün ya Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Ceyhun Qəribovun qohumu olmalısan, ya da onun şərtləri ilə razılaşmalısan. Şərtlər isə çox qəlizdir, ya qabaqcadan altı ayın pulunu verməlisən, ya da ən yaxşı halda yardımın ilk altı ayını Ceyhun Qəribova verəcəyinə onu inandırmalısan. Əks halda, mənim kimilər get-gələ salınır. Siz bu məsələni yerində araşdırsanız, ünvanlı sosial yardımı xarici maşını olan ailələrin aldığını görəcəksiniz".

Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Ceyhun Qəribov isə deyilənlərlə razılaşmır. O, bildirib ki, Mərkəzin direktoru Canpolad Vəliyev məsələni araşdırıb ciddi tədbir görəcək. Çalışacaqlar ki, problemi tez bir zamanda həll etsinlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG