Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib.

Çünki onlar öz məsuliyyətlərini dərk etməyiblər və vaxt gələcək, ictimaiyyətə bu məsələlərlə bağlı məlumat veriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının mayın 20-də keçirilən ilk iclasında deyib.

Prezident bildirib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar:

“Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədir və məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var və onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Heç kim, xüsusilə də dövlət məmuru və böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Cinayət törətmisənsə, get, cəzasını çək”-deyə prezident bildirib.

Mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində tutulub.

Bundan əvvəl isə bir sıra iş adamları yeyinti və böyük kredit borclarına görə həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG