Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05

Putinin azərbaycanlı müşaviri vəfat edib


Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri, azərbaycanlı rəssam Sadıq Bağırov 75 yaşında vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kaluqa şəhərində keçirilən vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirak edib.

Sadıq Bağırov Kaluqanın Litvinski məzarlığında dəfn olunub.

Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-cı ildə Bakıda anadan olub, 1978-ci ildən Kaluqada yaşayıb. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı olub.

Çəkdiyi onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG