Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:31

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Makedoniyadakı böhranın xaricdən təşkil olunduğunu deyir.

“Bu həqiqətən bizi narahat edir, Makedoniyadakı hadisələrə açıq şəkildə xaricdən nəzarət edilir”,-deyə o vurğulayıb.

Lavrov bildirib ki, buna səbəb Makedoniyanın baş naziri Nikola Gruevskinin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalara qoşulmaması olub.

Makedoniya müxalifətinin 150-ə yaxın tərəfdarı paytaxtı Skopyedə prezidentin istefası tələbi ilə etiraz aksiyasına çıxıb.

Onlar gecəni baş nazirin ofisinin qarşısında keçiriblər.

Baş nazir Gruevski ilə müxalifət lideri Zoran Zaev gücə boyu Starsburqda böhranın həllini müzakirə ediblər.

Mayın 17-də Skopyedə keçirilən etiraz nümayişində 10 minlərlə adam iştirak edib.

Bundan bir gün sonra isə baş nazirin tərəfdarları böyük mitinq keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG