Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin Riqa sammitinə qatıla bilməyəcək.

Bunu APA-ya prezidentin köməkçisi Əli Həsənov deyib.

O bunun l Avropa Oyunlarına görə, prezidentinin iş qrafikinin həddən artıq sıx olması ilə bağlı olduğunu deyir.

Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

İş qrafiki bəhanədir

Politoloq Hikmət Hacızadə deyir ki, prezidentin Avropa Oyunları ilə bağlı qrafikinin sıxlaşması və buna görə Riqaya getməməsi haqda deyilən ağlabatan deyil: “Sammit iki gün çəkəcək. Bu ciddi arqument deyil. Bəhanədir”.

Hikmət Hacızadə hesab edir ki, İlham Əliyevin qərarına Rusiya amili və Qərbin son tənqidləri təsir göstərə bilərdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, bu qərarın bir neçə səbəbi ola bilər. “Ancaq bir məqama diqqət yetirək. Onsuz da Azərbaycan Avropa İttifaqı ilə assosiativ anlaşma imzalamayacaq. Riqa sammiti Azərbaycan üçün formal xarakter daşıyacaqdı. Azərbaycan Aİ ilə strateji sənəd imzalamağı təklif edib. Amma qurumun Bakıdakı nümayəndəliyinin verdiyi son açıqlamalardan belə başa düşdüm ki, hal-hazırda heç bu saziş üzərində də iş getmir. Əməkdaşlıqda bir durğunluq əmələ gəlib. Səfər formal xarakter daşıyacağı üçün dövlət başçısının Riqaya getməsi əhəmiyyətini itirib”.

Hərçənd Elxan Şahinoğlu deyir ki, səfərin təxirə salınması Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı sualların sayını artıra bilər: “Bu da Azərbaycan üçün yolverilməzdir. Moskva Bakı ilə Avropa İttifaqı arasında problem yarandığını görərsə, Rusiyanın iştahı arta bilər. Rusiyadan təzyiqlər arta bilər. Halbuki Bakı Avropa ilə əməkdaşlığa ehtiyac duyur. Azərbaycan Avropaya qaz kəmərləri çəkir, bunda Aİ də maraqlıdır. Riqaya getməməksə yanlış təsəvvürləri artıra bilərdi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG