Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35

"Kiyev öz vətəndaşlarına qarşı müharibhə aparır".

Bunu Kremlin sözçüsü Dmitry Peskov mayın 20-də Ukrayna prezidenti Petro Poroshenkonun müharibə təhlükəsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Prezident Petro Poroshenko mayın 19-da BBC-yə müsahibəsində deyib ki, Ukrayna hazırda Rusiya ilə real müharibə vəziyyətindədir və ukraynalılar Rusiyanın hücumuna hazır olmalıdır.O qeyd edib ki, bu separatçılarla döyüş deyil,Rusiya ilə əsil müharibədir.

Poroshenko bildirib ki, o rusiyalı həmkarı Vladimir Putinə inanmır, amma onunla danışıqlara getməkdən başqa yolu da yoxdur.

O qeyd edib ki, Ukraynanın şərqindəki əraziləri separatçılardan təkcə hərbi yolla almaq mümkün olmayacaq və diplomatiya burda yeganə cavabdır.

Qərb Moskvanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG