Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

Lavrov Moskvanın qərblə faydalı əməkdaşlığa hazır olduğunu deyir


Sergei Lavrov

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın Qərblə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyir.

O bunu mayın 20-də parlamentin yuxarı palatasaı Federasiya Şurasında çıxış edərkən deyib.

O həmçinin qeyd edib ki, Rusiya ümid edir ki, Vaşinqton nüfuzundan istifadə edərək Ukraynanın yeni hərbi avantüralarının qarşısını alaxcaq.

Sergei Lavrov mayın 19-da Brüsselə səfəri zamanı Avropa Birliyini Rusiyanın maraqlarına ziyan vura biləcək addımlara qarşı olmağa çağırıb.

O bildirib ki, Avropa Birliyinin şərq qonşuları ilə münasibətləri Moskvaya mənfi təsir göstərməməlidir.

Qeyd edək ki, mayın 21-22-də Riqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammiti keçiriləcək.

Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir.

Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasını dərinləşdirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG