Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:30

Hacıbala Abutalıbov: «Prezident iki gün vaxt verib...».


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

-

«Bakı şəhərində üzlük vurulmuş 140 bina var».

Bunu mayın 20-də Bakıda, metronun «Azadlıq» stansiyasının yaxınlığında yanan binaya baxış keçirən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

«Prezident bizə iki gün vaxt verib ki, binalara vurulmuş üzlükləri müayinə edək. Müayinə nəticəsində məlum olsa ki, bu materiallar təhlükəlidir, onda binaların üzlükləri dəyişəcək» - o, əlavə edib:

Hacıbala Abutalıbov deyir ki, yanğın zamanı həlak olanların dəfn xərclərini hökumət qarşılayacaq:

«Sakinləri yerləşdirmişik. Onlara 1000 manat verilib, ancaq bu, ilkindir. Hər evə kompensasiya ödəniləcək, mənzillər tam təmir olunacaq, mebellə təchiz ediləcək. Bu həftənin şənbə günündən təmir işlərinə başlanacaq. 3 ay ərzində işlər yekunlaşacaq».

Hadisə yerinə prezident İlham Əliyev də gəlib.

Mayın 19-da 16-mərtəbəli binada baş verən yanğın zamanı 15 adam ölüb, 50-dən çox adam yaralanıb.

XS
SM
MD
LG