Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

-

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36-da yerləşən binada baş vermiş yanğınla bağlı yaradılan Dövlət Komissiyasının mayın 19-da ilk iclası keçirilib.

Bu haqda məlumatı "AZƏRTAC" YAYIB.

Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov deyib ki, ilk iclasda bir neçə məsələyə baxılıb: "Son məlumatlara əsasən, hadisə zamanı 14 nəfər dünyasını dəyişib. Onlardan səkkizi qadın, altısı kişi, o cümlədən beşi uşaqdır. Ambulatoriyalara və xəstəxanalara müraciət edənlərin sayı 51 nəfər olub. Onlardan 19 nəfəri hələlik xəstəxanalardadır. Həmin 19 nəfərdən 18-nin vəziyyəti normal, birinin vəziyyəti isə orta ağırdır. Səhiyyə Nazirliyinə tapşırılıb ki, xəsarət alanların müalicəsi məsələsinə ciddi nəzarət olunsun”.

Abid Şərifovun sözlərinə görə, binanın sakinlərinin yerləşdirilməsinə başlanılıb. “Orada xüsusi qərargah işləyir. Biz birinci növbədə sakinləri yerləşdirmək üçün dövlət obyektlərini müəyyənləşdirdik. Komissiyanın ilk iclasında artıq 56 mənzil müəyyənləşdirilib və nəqliyyat da ayrılıb. Evləri bərpa olunana qədər həmin mənzillərdə onların bütün yaşayış şəraiti dövlət hesabına təmin olunacaq. Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar”.

Komissiya sədri deyib ki, yanğında ölənlərin dəfn xərcləri dövlət tərəfindən ödəniləcək. Artıq bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə tapşırıq verildiyi bildirilir.

“Bundan əlavə, xəstəxanalarda müalicə alanlara da yardım göstəriləcək. Komissiya mayın 20-dən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Günahkarlar ciddi cəzalandırılacaq. Əlbəttə, ilk növbədə bizim vəzifəmiz insanların yerləşdirilməsi, onlara lazımi köməyin göstərilməsidir. Bu istiqamətdə ciddi iş aparılır", - deyə A. Şərifov vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG