Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:06

Şimali Koreya BMT baş katibinin səfərini ləğv etdi


Ban Ki-Moon Seulda konfransda
Ban Ki-Moon Seulda konfransda

-

Mayın 19-da Şimali Koreya BMT-nin baş katibi Ban Ki-moon-a səfər dəvətini geri götürüb. Bu barədə BMT rəhbərinin sözçüsü məlumat verib

“Bu səhər Koreya Demokratik Xalq Respublikasının rəhbərliyi diplomatik kanalları vasitəsilə bizi məlumatlandırıb ki, Kaesong Sənaye Kompleksinə səfərimi təxirə salır,” bunu Ban mayın 20-də Cənubi Koreya paytaxtı Seulda çıxışı zamanı deyib.

“Son dəqiqədə edilən bu dəyişikliyə görə heç bir izahat verilməyib,” deyən Ban bu addımın “dərin təəssüf” yaratdığını deyib.

Ban onu da sözlərinə əlavə edib ki, Koreyalararası münasibətlərin yaxşılaşdırılması üçün “əlindən gələni” etmək istəyir.

XS
SM
MD
LG