Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

“Gürcüstan, Moldova və Ukraynanın “Avropanı arzulamaq” hüququ var”


Donald Tusk (solda) Ukrayna prezidenti Petro Poroshenko ilə

Donald Tusk (solda) Ukrayna prezidenti Petro Poroshenko ilə

-

Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet respublikalarının AB üzvlüyünə can atmaq hüququ var. Bunu Avropa Şurasının prezidenti Donald Tusk deyir. Ancaq o, belə bir inteqrasiya barədə “boş vəd” verməyəcəyini də sözlərinə əlavə edir.

Tusk mayın 21-22-də AB-nin Şərq Tərəfdaşlığının sammiti ərəfəsində AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, bu tərəfdaşlıq proqramı heç vaxt AB üzvlüyünə zəmanət verməyib, ancaq Kiyev, Tbilisi və Kişinaunun “arzulamaq, Avropa arzusu yaşamaq hüququ var”.

Riqa sammiti ərəfəsində bu 3 ölkə AB-ni ittiham edib ki, onların 28 ölkənin daxil olduğu bloka mümkün üzvlüyü barədə aydın siqnal verilmir.

AB-nin bir sıra üzvləri Şərq Tərəfdaşlığına üzv ölkələrin AB-yə birləşmək niyyətinin Riqa sammitinin yekun deklarasiyasında əks olunmasına könülsüz yanaşırlar.

Azərbaycan, Ermənistan və Belarus da AB-nin şərq qonşuları siyahısına daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG