Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Ukrayna iki Rusiya vətəndaşına qarşı terrorçuluq ittihamı irəli sürəcək


Ukrayna - jurnalistlər və Ukrayna hərbçisi rus əsgəri olduğu deyilən şəxsin videosuna baxırlar, Kiyevdə Ukrayna ordusunun məbuat konfransı, 18 may, 2015

Ukrayna - jurnalistlər və Ukrayna hərbçisi rus əsgəri olduğu deyilən şəxsin videosuna baxırlar, Kiyevdə Ukrayna ordusunun məbuat konfransı, 18 may, 2015

-

Ukrayna iki xüsusi təyinatlı rus əsgərini tutduğunu deyir.

Onlara qarşı terrorçuluq ittihamı irəli sürüləcək.

Ukrayna rəsmiləri bildirirlər ki, Aleksandr Aleksandrov və Yevgeny Yerofeyev ölkənin şərqində rusiyameylli separatçıların tərəfində döyüşüblər.

Ukrayna ordusu separatçılara qarşı əməliyyatını “antiterror əməliyyatı” adlandırır.

Ordunun məlumatına görə, rus əsgərləri Luhansk bölgəsində, cəbhə xəttinə yaxın Shchastya şəhərində əsir alınıb.

Rusiya tərəfi isə bildirir ki, sözügedən şəxslər əvvəllər rus ordusunda xidmət etsələr də, artıq tərxis olunublar.

Rusiya Ukrayna münaqişəsinə qarışmadığını bildirir. Ukrayna və Qərb ölkələrinin davamlı ittihamlarını qəbul etmir.

Rusiyanın etiraf etdiyi odur ki, həqiqətən də bəzi ruslar Ukraynanın şərqində vuruşurlar, amma onlar könüllülərdir.

Son insidentə münasibət bildirən Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə “onlar rus əsgərləri deyillər” söyləyib.

Ukrayna əsgəri

Ukrayna əsgəri

Rus əsgəri olduğu deyilən şəxslərdən birinin videosu bu günlərdə ortaya çıxıb.

O, Rusiyanın Tolyatti şəhərindən gəldiyini, xidmət etdiyi hərbi birləşmənin adını, orada serjant rütbəsi daşıdığını deyir.

Rusiyameylli separatçılar

Rusiyameylli separatçılar

Qeyd edək ki, beynəlxalq konvensiyalar əsirlərin sorğu-sual edilıməsi, onların görüntülərinin yayılmasını qadağan edir.

Ukrayna ordusunun 92-ci briqadasının komandiri Viktor Nikolyuk deyir ki, rus əsgərlərini ötən həftənin sonu döyüş zamanı əsir alıblar.

Komandirin bildirdiyinə görə, onların döyüşdüyü xüsusi təyinatlı dəstədə ondan çox rus əsgəri olub.

Viktor Nikolyuk-un sözlərinə görə, həmin döyüşdə 1 Ukrayna əsgəri ölüb, daha biri yaralanıb. Ələ keçən rus əsgərlərinə isə əvvəlcə tibbi yardım göstərilib, sonra onlar sorğu-sual ediliblər.

Bu arada Rusiya Müdafiə Nazirliyinin sözçüsü Konashenkov Aleksandrov və Yerofeyevin dərhal azad edilməsinə çağırıb.

O bildirib ki, Ukrayna rəhbərliyinin sağlam düşüncəyə əsaslanaraq qərar verəcəyinə inanır.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin isə iddia edir ki, Rusiya ələ keçən iki əsgərini öldürməyə cəhd göstərib.

Amma o bu barədə ətraflı danışmaq istəməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG